26 iyul 2013 13:49
Xəzər Lənkəranın futbolçusu Türkiyə klubuna keçdi
Ötən mövsüm "Xəzər Lənkəran"da forma geyən Gökhan Güleç karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hücumçu ölkənin ikinci liqa təmsilçisi "İnegölspor"la razılığa gəlib. Bu barədə klubun prezidenti İlhan Korkmaz jurnalistlərə açıqlamasında deyib. O, futbolçu ilə tam şəkildə razılığa gəldiklərini və Ramazan bayramı ərəfəsində rəsmi müqavilə imzalayacaqlarını bildirilib.
Klub prezidenti həmçinin Güleçə bu təklifi qəbul etdiyi üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Gökhan ötən mövsümün əvvəlində “Xəzər Lənkəran”a gətirilsə də, ümidləri doğrultmadı.
