26 iyul 2013 14:06

Dudek: Qarabağ Piastdan daha yaxşı çıxış etdi

Futbol üzrə Polşa yığmasının, İngiltərənin “Liverpool” və İspaniyanın “Real” klublarının sabiq qapıçısı Eji Dudek Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Piast” – “Qarabağ” matçını (2:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, Polşa mətbuatına müsahibəsində bunları qeyd edib:

“Mən “Piast”ın bu mərhələni keçəcəyinə ümid bəsləyirdim. Amma növbəti mərhələyə “Qarabağ” keçdi. Çünki rəqibin futbolçuları fərdi baxımdan daha inamlı çıxış etdilər. Azərbaycan kimi ölkələrdə belə bir prinsip var ki, yaxşıları bir yerə toplayırlar. Belə olan halda komandada yaxşı rəqabət formalaşır. Əlbəttə, Polşa çempionatı daha güclüdü. Amma komandamızın Azərbaycan təmsilçisini keçə bilməməsi təəccüblü deyil. Təəssüf ki, belə alındı. Lakin unutmamalıyıq ki, “Qarabağ” yaxşı qurulmuş komandadı, böyük resurslara malikdi, nəinki “Piast”.
 
Dudek “Qarabağ”ın cavab matçında daha yaxşı təsir bağışladığını qeyd edib: “Qarabağ” meydanda daha yaxşı tərəf idi. Azərbaycanlılar həm topla, həm də topsuz çox yaxşı davranırdılar. Elə oyunun əvvəlində onlar iki qol vurmağa yaxın idilər. Leroy Corc ikinci qolu da vursaydı, hər şey daha fərqli olacaqdı. “Piast”ın hücumları isə effektsiz alınırdı. Azərbaycan komandaları ilə qarşılaşmalar həmişə çətin keçib. Bu dəfə də komandamız onlarla bacarmadı”.

Polşalı sabiq qolkiper “Piast”ın qapıçısı Yakub Şumskinin çıxışına da qiymət verib: “Ulrix Kapolonqonun fərqləndiyi epizodda Şumski topu tuta bilsəydi, bu, çox əla seyv olacaqdı. Amma bu, çox çətin zərbə idi. Top qapıya gedərkən yerə də toxundu. Buna görə qapıçını günahlandırmaq düzgün olmazdı. Yəqin ki, o da komandasını xilas etmək istərdi”.

Eji həmçinin “Piast”ın debüt mövsümündə mərhələ keçə bilməməsini iflasa bərabər hesab etmədiyini vurğulayıb: “Unutmayın ki, bu, mövsümün əvvəlidi. Hər komandada belə uğursuzluq olur. Bu heç-heçə də komandanın iflasa uğraması kimi dəyərləndirilməməlidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.