26 iyul 2013 14:45
Neftçi bu gün hazırlıqları bərpa edəcək
UEFA Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” klubuna məğlub olaraq mübarizəni dayandıran “Neftçi” bu gündən etibarən məşqlərini bərpa edəcək. Azerisport.az xəbər verir ki, komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
Qeyd edək ki, Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefa verən baş məşqçi Böyükağa Hacıyevin ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub və müqaviləsinə xitam verilib.
Hələlik “ağ-qaralar”ın yeni baş məşqçisinin kim olacağı bilinmir.
