26 iyul 2013 15:37
Adrian Pit Xəzər Lənkəran ilə yollarını tam ayırmağa hazırlaşır
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pit cənub klubu ilə yollarını tam ayırmaq istəyir. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Hayfa) ilə cavab oyunundakı biabırçı məğlubiyyətdən sonra əsas komandadan uzaqlaşdırılan dörd futbolçudan biri olan Pit hazırda klubun ofisindədi.
O, rəhbərliklə görüşüb gələcək taleyinə tam aydınlıq gətirmək istəyir. İstisna deyil ki, rumıniyalı orta sahə oyunçusu transfer vərəqini alsın və azad agent statusu ilə “Xəzər Lənkəran”la yollarını tam ayırsın.
Qeyd edək ki, Adrin Pitin klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
