26 iyul 2013 16:54

Qarabağ heç bir uğuru olmayan 131 yaşlı “qoca”ya qarşı

Polşanın “Piast” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ” Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsinə vəsiqə uğrunda İsveçin “Gefle” klubu ilə qarşılaşacaq.
 
“Gefle” cari mövsümdə Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə qarşılaşıb. Estoniyadakı oyunda 3:0 hesablı qələbə qazanan İsveç klubu evdə daha çox qol vurub – 5:1. “Qarabağ”ın rəqibi ikinci təsnifat mərhələsində Cənubi Kiprin “Anorthosis” klubu ilə qarşılaşıb. İsveç təmsilçisi səfərdə 0:3 hesalı məğlubiyyətlə üzləşsə də, evdə 4:0 hesabıyla möhtəşəm qələbə qazanaraq, “Qarabağ”a rəqib olub.
 
Bu klub 1882-ci ildə yaradılıb. Bu il dekabrın 5-də 131 yaşını qeyd edəcək “Gefle”nin forma rəngləri mavi və ağdı. Qavle şəhərini təmsil edən klub ev oyunlarını “Strömvallen” stadionunda keçirir. 1892-ci ildə inşa olunan arenanın azarkeş tutumu 7302 nəfərdi.
 
Ağdam klubunun rəqibi indiyə qədər İsveç çemionatının güclülər dəstəsinin – Allsvenskanın qalibi olmayıb. Ümumiyyətlə, klubun tarixində demək olar ki, yadda qalan uğuru yoxdu. 2004-cü ildə 1-ci liqanın – Superettanın ikincisi olan “Gefle” iki il sonra ölkə kubokunun finalına yüksəlsə də, həmin görüşdə də məğlub olub.
 
Komanda ötən mövsüm İsveç çempionatını 11-ci pillədə başa vurub. Bu klub Avroliqada oynamaq şansını da UEFA-nın “feyr pley”ə görə ayırdığı vəsiqələrdən birinə sahib çıxmaqla qazanıb. Hansı ki, bu mövsüm “İnter”in bəxtinə düşən Finlandiyanın “Mariehamn” və Norveçin “Tromse” klubları da Avroliqada məhz “feyr pley”ə görə vəsiqə qazanmışdı. Nə qədər maraqlı olsa da, Avroliqadakı cəmi üç belə xoşbəxtin hər birinin yolu Azərbaycandan keçmiş olur.
 
İsveç çempionatı yaz-payız sistemi ilə keçirilir. Cari mövsümün 16 turunda 2 qələbə qazanıb, 8 heç-heçə edən və 6 dəfə məğlub olan “Gefle”nin top fərqi də xeyrinə deyil – 17:26. Komanda hələlik 14 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
 
“Gefle” ilk dəfə avrokuboklara 2006/07 mövsümündə vəsiqə qazanıb. UEFA Liqasına qatılan komanda ilk mərhələdə Uelsin “Llanelli” klubuna yenilib. 2010/11 mövsümündə Avropa Liqasına vəsiqə qazanan “Qarabağ”ın rəqibi birinci təsnifat mərhələsində Farer adalarının “Runavik” klubunu keçsə də, ardınca Tiflis “Dinamo”suna yenilib.
 
“Gefle”nin prezidenti Leyf Lindstrand, baş məşqçisi Per Olssondu. 49 yaşlı norveçli futbolçu karyerası ərzində iki dəfə – 1981-1984 və 1988-1992-ci illərdə “Gefle”də çıxış edib. 1992-ci ildə bu komandada karyerasını bitirən Olsson 1993-cü ildə doğma klubunda məşqçiliyə başlayıb. “Gefle”nin əsas komandasında köməkçi-məşqçi və gənclərdən ibarət heyətin baş məşqçisi olduqdan sonra – 1996-cı ildə əsas komandaya baş məşqçi təyin olunub və 2002-ci ilədək işini davam etdirib. Daha sonra bir müddət “Örebro”da köməkçi işləyən 49 yaşlı mütəxəssis 2005-ci ildə yenidən “Gefle”yə qayıdıb və həmin vaxtdan bəri bu komandanı çalışdırır.
 
“Gefle” Avropa Liqası üçün UEFA-ya 23 futbolçu sifariş edib. Onların üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, altısı isə hücumçudu. Heyətdəki əksər futbolçular yerlilərdi. Koandada cəmi dörd legioner futbolçu çıxış edir. Onlardan Zakariya Abdullay və Yoahim Adukor Qanadan, Sive Pekezela CAR-dan, Yens Portin isə Finlandiyadandı.
 
“Gefle”nin “Qarabağ”a qarşı mübarizə aparacaq futbolçularının tam siyahısı:
 
Qapıçılar: 1. Mattias Hüqosson, 22. Emil Hedvall, 30. Oskar Larsson;
Müdafiəçilər: 2. Olof Mard, 3. Yonas Olsson, 4. Anders Vikström, 6. Par Asp, 11. Sive Pekezela, 14. Yens Portin, 16. David Fallman, 21. Herman Ehn;
Yarımüdafiəçilər: 5. Zakariya Abdullay, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 24. Erik Olsson, 25. Yoahim Adukor;
Hücumçular: 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq, 17. Yonas Lantto, 18. Erik Tönros, 20. Emil Bellander.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.