26 iyul 2013 17:10
Gefle Qarabağı doğma stadionunda qəbul etməyəcək (FOTO)
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la İsveç “Gefle”si arasında keçiriləcək ilk oyunun başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu rəqibi ilə birinci görüşə Bakıda çıxacaq.
Tofiq Bəhramov adıan Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək. Bu oyun avqustun 1-də baş tutacaq.
Avqustun 8-də səfərdə keçiriləcək görüşün başlama saatı isə hələlik dəqiq deyil. Lakin oyunun harda keçiriləcəyi bəllidi. Belə ki, qarşılaşma Sundsvallda, “Norrporten Arena”da baş tutacaq. Halbuki, “Gefle”nin təmsilçisi olduğu Qavledə 7302 nəfərlik azarkeş tutumuna malik öz stadionu (Strömvallen) var. Lakin bu mövsümün digər ev oyunlarında olduğu kimi, “Gefle” “Qarabağ”ı da Sundsvalldkı “Norrporten Arena”da qəbul edəcək. Hansı ki, bu arena 8500 azarkeş tutumuna malikdi.
