26 iyul 2013 17:21
PFL Super Kubok matçını keçirmək üçün XL və Neftçidə suların durulmasını gözləyir
Peşəkar Futbol Liqası hələ də Azərbaycan Super Kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək cavab matçının nə vaxt baş tutacağına aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, təşkilatçılar avrokubokların cari mövsümündə uğursuzluqla üzləşən və hazırda gərginlik içində olan bu iki klubun düşərgəsində sabitliyin yaranmasını gözləyir.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında ilk cəhdindəcə mübarizəni dayandırdığı üçün baş məşqçisi Böyükağa Hacıyevlə yollarını ayırdı və hazırda komandanın sükanı arxasına kimin gətiriləcəyi sual doğurur.
“Xəzər Lənkəran”da isə əksinə, Avropa Liqasındakı uğursuzluqda futbolçular günahkar çıxarıldı və onlardan dördü komandadan uzaqlaşdırıldı.
Böyük ehtimalla Super Kubok matçının keçiriləcəyi tarix gələn həftə müəyyənləşəcək.
