26 iyul 2013 17:42
Neftçi azərbaycanlı baş məşqçiyə tapşırılacaq
Azərbaycan çempionu “Neftçi” yeni baş məşqçisinin adını tezliklə açıqlayacaq. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyevin gedişi ilə boşalan bu posta iki əsas namizəd var.
Onların hər ikisi yerli mütəxəssisdi. Belə ki, klub rəhbərliyi komandanı əcnəbi mütəxəssisə tapşırmağa hazırlaşmır.
“Ağ-qaralar”ın yeni baş məşqçisi böyük ehtimalla Nazim Süleymanov olacaq. Hazırda futbol üzrə Azərbaycan millisində baş məşqçi Berti Foqtsun əsas köməkçisi olan “Xəzər Lənkəran” və AZAL-ın sabiq çalışdırıcısının təyinatı yaxın günlərdə gerçəkləşməlidi.
Qeyd edək ki, “Neftçi”ni çalışdırmağa digər namizəd Yunis Hüseynovdu. Lakin “Xəzər Lənkəran”dan ayrılandan bəri işsiz qalan Hüseynovun bu komandanı çalışdırmaq şansları o qədər də yüksək qiymətləndirilmir.
