27 iyul 2013 18:05
Neftçi Vobayla da yollarını ayırdı
Azərbaycan çempionu “Neftçi” aparıcı futbolçularından biri ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, paytaxt klubu yeni mövsümdə Julius Vobayın xidmətindən yararlaan bilməyəcək.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Syerra Leone yığmasının üzvü Səudiyyə Ərəbistanın “Al Şabab” klubunda çıxış edəcək. Vobayın 1 il icarə əsasında bu komandada oynayacaq.
Qeyd edək ki, Vobay “Neftçi”yə ötən mövsümün əvvəlində keçmiş və 31 oyunda 8 qola imza atmışdı. Mövsümün sonunda müqaviləsi başa çatan futbolçu bir müddət komandadan ayrı düşsə də, onunla yeni və 2 illik müqavilə imzalanmışdı.
2010/11 mövsümündə Rumıniyanın “Universitatea” (Krayova) klubundan “Xəzər Lənkəran”a transfer olunan Vobay “ağ-yaşıl” formanı geyindiyi 19 oyunda 5 dəfə rəqib qapılarına yol tapmışdı. Syerra Leone yığmasında 20 oyun keçirən yarımmüdafiəçi əvvəllər vətinində “East End Lions”, Cənubi Kiprdə isə “Onisilos”, “Nea Salamina” və “Aris” klublarının şərəfini qoruyub.
