27 iyul 2013 19:06

Simurqda hollandiyalı və serb futbolçular (FOTO)

“Simurq” Avstriya toplanışı zamanı transfer çalışmalarını da davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, dünən daha iki futbolçu "sarı-qaralar"ın düşərgəsinə qoşulub.
 
Bunlar serbiyalı hücumçu Draqan Çeran və hollandiyalı Cerard Aafyesdi. Hazırda komandada onlarla birlilkdə baxışda altı futbolçu var. Onlar haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
 
Qeyd edək ki, 1987-ci ildə anadan olan Çeran vaxtilə Serbiyanın U-21 yığmasında 3 oyuna çıxıb. O, peşəkar karyerasına  yerli “Smederevo”da başlayıb. 2005-2012 mövsümləri aralığında bu komandada 129 oyunda 18 qol vuran Draqan 2006-cı ildə “Zelezniçar”da icarədə oynayıb və 6 matçda 4 qola imza atıb. 2007-ci ildə isə o, “Mladi Radnik”də icarədə olub (12 oyun, 10 qol). 2009-2010 mövsümündə isə o, Belçikanın “Westerlo” klubunda icarə əsasında 3 oyuna çıxıb. 2012-ci ildə bu futbolçunu İsrailin “Hapoel” (Haifa) klubu transfer edib. O, bu komandada 10 oyun keçirib. 2012-2013 mövsümündə isə Çeran bu ölkənin “Maccabi” (Netanya) komandasında forma geyib – 24 oyuna 7 qol.
 
Aafyesə gəlincə, 1985 təvəllüdlü bu futbolçu müdafiədə oynayır. 2004-2007-ci illər aralığında “Volendam”da çıxış edən Cerard 52 oyunda 2 qolla yadda qalıb. 2007-2009-cu illərdə isə o, Şotlandiyanın “Falkirk” klubunda legioner həyatı yaşayıb – 43 oyunda 1 qol. 2009-cu ildə yenidən Hollandiyaya qayıdan futbolçu 2011-ci ilədək “Maastricht” 58 oyuna 3 qol vurub. 2011-ci ildən etibarən isə “Zwolle”də 16 oyuna çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.