27 iyul 2013 22:00
Simurq vətənə qələbə ilə qayıdır (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan “Simurq” bu gün son yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Macarıstanın “Zalaegerszeg” klubu ilə oyunda sınayıb.
Qarşılaşma təmsilçimizin minimal hesablı qələbəsiylə başa çatıb.
Maraq üçün qeyd edək ki, bu komanda iki gün öncə Avstriyada “Qəbələ” ilə yoldaşlıq oyunu keçirmişdi. Həmin oyunda da Azərbaycan təmsilçisi qələbə qazanmışdı - 3:0.
Qeyd edək ki, “Simurq” Avstriyada bundan öncə Yunanıstanın “Olimpiakos” və Türkiyənin “Beşiktaş” klublarına 1:2 hesabıyla məğlub olmuşdu. Türkiyənin digər klubu “İstanbul BB” ilə görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Zaqatala klubu Türkiyə toplanışı zamanı da üç yoxlama oyunu keçirmişdi. Georgi Çixradzenin yetirmələri həmin oyunlardan ikisində heç-heçə etmiş, birində uduzmuşdu.
Yoxlama oyunu
27 iyul
Simurq - Zalaegerszeg - 1:0 (1:0)
Qol: Stepan Polyak, 34 (1:0)
