28 iyul 2013 23:51
Qarabağın rəqibi Malmö üzərində inamlı qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə İsveç çempionatında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Gefle” də növbəti oyununa çıxıb.
Komandamızın rəqibi doğma divarlar arasında “Malmö” ilə üz-üzə gəlib. Uzun müddət idi qələbə üzünə həsrət olan "Gefle" bu görüşdən iki cavabsız qolla qalib ayrılmağı bacarıb.
Qeyd edək ki, bu, “Gefle”nin geridə qalan 17 turda cəmi 3-cü qələbəsi olub. Bu komanda 8 oyunda heç-heçə etdiyi halda, 6 oyunda da uduzub. 19 qol vurub, öz qapısından 26 top buraxan “Gefle” hazırda 17 xalla 16 komanda arasında 11-cidi.
İsveç klubunun avqustun 1-də Bakıda “Qarabağ”la ilk oyuna çıxacağını da xatırladaq.
İsveç çempionatı
17-ci tur
28 iyul
Gefle - Malmö - 2:0 (1:0)
Qollar: Simon Lundevall, 13, Yohan Oremo, 48.
