28 iyul 2013 23:53
Ruslan Abışovsuz Rubindən daha bir xal itkisi (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında üçüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Terek”lə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.
Bu görüşdə də Abışov forma geyməyib. Baş məşqçi Kurban Berdıyev futbolçumuza ehtiyat oyunçular arasında yer versə də, medana buraxmayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan üç turda 5 xal toplayıb.
Rusiya Premyer Liqası
3-cü tur
28 iyul
Terek – Rubin - 0:0
