28 iyul 2013 00:07
Millimizin qapıçısı Türkiyə klubuna keçəsi olmadı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Anar Nəzirovun Türkiyənin “Fethiyespor” klubundan təklif aldığını xəbər vermişdik. Azerisport.az saytına bu barədə futbolçu özü məlumat vermişdi.
Amma bu yay “Sumqayıt”a keçən qolkiper qardaş ölkəyə yollanmayacaq. Bunu saytımıza açıqlamasından Nəzirovun meneceri Vaqif Heydərli bildirib.
Onun sözlərinə görə, Anarın xidmətində “Fethiyespor”la yanaşı “Ankaraspor” da maraqlı imiş. Lakin onlar Nəzirovun yeni mövsümü “Sumqayıt”da keçirməsinə qərar veriblər.
