27 iyul 2013 11:05
Kapolonqo: Qarabağ İsveç klubunu da keçəcək
“Qaabağ”ın yeni hücumçusu Ulrix Kapolonqo Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə cavab oyunundan sonra azerisport.az saytına müsahibə verib. Bu oyunda son nöqtəni qoyan və Ağdam klubunu növbəti mərhələyə çıxaran qolun müəllifi olan futbolçu öncə bunları söyləyib:
- Biz Polşaya sadəcə heç-heçə etmək üçün gəlməmişdik. Baş məşqçi bizə səfərdə qol vurmağı, qələbə qazanmağı tapşırmışdı. Bilirdik ki, bütün komandaya çətin olacaq. Ona görə də ələ düşən qol vəziyyətlərini dəyərləndirməyimiz vacib idi.

- Cütün taleyinə məhz siz aydınlıq gətirdiniz...
- Mən çox xoşbəxtəm. Bu, “Qarabağ”dakı ilk qolumdu. Çox sevinirəm ki, belə bir qolu komandama çox lazım olan bir oyunda, vaxtda vurdum. Hələ öncə də Leroy Corca demişdim ki, oyuna çıxsam, qol vuracağam.
- Sizin qolunuz meydan sahiblərini şoka saldı. Çoxları nə baş verdiyiniz dərhal başa düşə bilmədilər...
- Mən isə birbaşa bu epizodun içində olduğum üçün digərlərindən fərqli hər şeyi çox aydın görürdüm (gülür). Mənə elə gəlir ki, qapıçı həmin epizodda uzaq küncü nişan alacağımı gözləyirdi. Çünki qarşımda müdafiəçi var idi. Qapıçını da məhz bu yanıltdı. Yəqin ki, sevinmək üçün qaçmasaydım, heç öz futbolçularımız da nə baş verdiyini bilməyəcəkdilər. Çoxları düşündü ki, görəsən bu dəli nəyə sevinir? (gülür) Şadam ki, hər şey bizim üçün belə yaxşı bitdi.
- Növbəti həftə komandanızı İsveç “Gefle”si ilə oyun gözləyir. Rəqib barədə fikirləriniz necədi?
- Mən komandamıza inanıram. Bizim ailə kimi əla kollektivimiz var. Kimsə səhv edəndə, hamı ona dəstək olur, ruhdan düşməyə qoymur. İnanıram ki, isveçliləri də keçəcəyik. Biz bunu bacaracağıq!
- Mən komandamıza inanıram. Bizim ailə kimi əla kollektivimiz var. Kimsə səhv edəndə, hamı ona dəstək olur, ruhdan düşməyə qoymur. İnanıram ki, isveçliləri də keçəcəyik. Biz bunu bacaracağıq!
- Əsas heyətdə siz yox, Nikolas Gelaşvili meydana çıxır. Bununla barışırsız?
- Mən bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Niko əla oğlandı, oyunçudu. Onun təcrübəsi mənimki ilə müqayisədə daha çoxdu. Hər şey baş məşqçimizdən asılıdı. Kim ilk dəqiqələrdən oynamağa hazır olacaqsa, ona da şans verəcək. Mən ancaq futbol haqda düşünürəm. 90 dəqiqə də olsa, 2 dəqiqə də olsa, mən öz işimi görməliyəm.