27 iyul 2013 11:21
Millimizin üzvü Avstriya klubu ilə matçda 60 dəqiqə oynadı (FOTOLAR)
Türkiyənin “Eskişehirspor” klubunun Avstriya toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi ötən gecə hazırlıq çərçivəsində növbəti sınaq matçını keçirib.
Yerli “Wiener Sportklup” ilə görüşdə hesabı 36-cı dəqiqədə türklər açıblar. Amma 75-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurmağa nail olublar. Beləcə, görüş 1:1 hesabıyla başa çatıb.
Baş məşqçi Ertoğrul Sağlam futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ufuk Budağa da bu oyunda forma geymək şansı verib. Millimizin üzvü start heyətdə meydana çıxıb. O, 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ufuk Budaq bundan öncə keçirilən yerli “Austria” klubu ilə görüşdə (3:1) də 45 dəqiqə oynamışdı.
