28 iyul 2013 00:25
Fransalı futbolçu Premyer Liqamızda oynamaq istəmədi
Bolqarıstanın “Levski” klubunun sabiq müdafiəçisi Romen Eli Azərbaycan çempionatında oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən futbolçu ilə Azərbaycan klublarından biri yaxından maraqlanırmış. Lakin adı çəkilməyən klubumuzun təklifi fransalı oyunçunun ürəyincə olmayıb.
Daha doğrusu Eli vətəni Fransaya qayıdaraq, ailəsinə daha yaxın olmağa üstünlük verib. O, yeni mövsümdən Fransanın 2-ci liqasında çıxış edən “Nancy” klubunda çıxış edəcək. Hazırda bu komandada baxışda olan futbolçu ilə tezliklə müqavilə imzalanacaq.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Romen karyerası ərzində “Beauvais”, “Rouen”, “Raon-l'Etape”, “Boulogne”, “Gueugnon”, “Arles-Avignon”, “Royal Charleroi” klublarında da çıxış edib.
