28 iyul 2013 00:31
Benites Nikolas Kanalesi komandasında görmək istəyir
Azərbaycan çempionu “Neftçi”nin sabiq hücumçusu Nikolas Kanales karyerasını vətənində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın ötən mövsümünün bombardiri olan futbolçu “Colo-Colo” klubundan təklif alıb.
Belə ki, bu komandanın baş məşqçisi Qustavo Benitse onun xidmətində maraqlı olduğunu bəyan edib. Hazırda tərəflər arasında danışıqlar davam edir. İstisna deyil ki, Kanales tezliklə bu klubla müqavilə imzalasın.
