28 iyul 2013 00:44
Türkiyədəki Azərbaycan derbisini Subaşiç və komandası qazandı
Türkiyədə çıxış edən futbolçularımızın komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin formasını geydiyi “Orduspor”la Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Denizlispor” klubları növbəti mövsümə hazırlaşdıqları Boluda yoxlama oyununda qarşılaşıblar.
Subaşiç “Orduspor”un, Saşa isə “Denizlispor”un start heyətində meydana çıxıb. Oyunda hesabı Ordu təmsilçisi açıb. Penaltini məhz Subaşiç qola çevirib. 60-cı dəqiqədə Kahenin qolu ilə hesaba tarazlıq gətirən dənizlilər 86-cı dəqiqədə daha bir penalti qoluna üzülüblər. Əvvəlki yoxlama oyununda zədələnən İsayevin bu görüşdə forma geyib-geymədiyi barədə təəssüf ki, məlumat verilmir.
