27 iyul 2013 12:02
Qarabağ - Gefle matçının baş hakimi açıqlandı
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Gefle” (İsveç) matçının baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcəklər.
Baş hakim isə Nikolas Rainville olacaq. Ümid edək ki, Ermənistanla daha isti münasibətlərə malik olan bir ölkənin referisi təmsilçimizin oyununu obyektiv idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” qarşılaşması avqustun 1-də Tofiq Bəhramaov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Cavab matçı isə bir həftə sonar İsveçdə baş tutacaq. Həmin oyunun hakimi və başlama vaxtı isə hələlik açıqlanmayıb.
