27 iyul 2013 12:29
Fərid Quliyev: Türkiyədə özümü yaxşı tərəfdən göstərib, milliyə qayıtmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev Türkiyənin “Kahramanmaraşspor” klubuna transferindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən yaxşı komandaya keçmişəm. Böyük iddialarım var. Özümü bu komandada yaxşı tərəfdən göstərib, Azərbaycan yığmasına qayıtmaq istəyirəm. Bunun üçün mənə tez-tez qol vurmaq lazımdı. Əlbəttə, əsas heyət oyunçusuna çevrilmək çətin olacaq. Çünki komandada yaxşı rəqabət var. Amma mən bura ehtiyatda oturmaq üçün gəlməmişəm”.