28 iyul 2013 00:59
Qəbələ bu gün qayıdır
Azərbaycan çempionatının yeni mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda bu gün səhər saatlarında Bakıya qayıdacaq.
Yuri Syominin Bakıya döndükdən sonra futbolçulara bir günlük istirahət verməsi gözlənilir. Ondan sonra bölgə təmsilçisi Topaz Premyer Liqasının ilk turunun “Bakı” ilə oyununa hazırlaşmağa başlayacaq. Hansı ki, avqustun 2-də keçiriləcək bu oyun yeni mövsümün açılış matçı olacaq.
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışı çərçivəsində üç sınaq matçı keçirdi. Komanda öncə Türkiyənin "Genclerbirligi" kollektivinə 3:1, ardından Macarıstanın "Zalegerszeg" klubu ilə görüşdə 3:0, Sloveniya “Smartno”suna isə 2:1 hesabıyla qalib gəldi.
