27 iyul 2013 12:44
UEFA Tromsenin oyununu azərbaycanlı hakimə həvalə etdi
UEFA azərbaycanlı hakimlərə daha bir təyinat verib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu Anar Salmanovu Avropa Liqasının oyununa təyin edib.
Belə ki, FİFA referimiz bu turnirin üçüncü təsnifat mərhələsinin “Tromse” – “Differdange” matçını idarə edəcək. Avqustun 1-də Tromse şəhərindəki “Alfheym” stadionunda keçiriləcək Norveç və Lüksemburq klubları arasındakı oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Tromse” Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”i mübarizədən kənarlaşdırıb. Norveçdə 2:0 hesablı qələbə qazanan komanda Bakıda uduzsa (0:1) da, mərhələ keçən tərəf olub.
