27 iyul 2013 13:07

Qarabağı Avropa Liqasının pley-off mərhələsində gözləyən nəhənglər

Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ” üçüncü təsnifat mərhələsindəki rəqibi ilə oyunlara hazırlaşmaqdadı. Azerisport.az xəbər verir ki, ilk mərhələdə Makedoniya “Metallurg”unu (hər iki oyunda 1:0), ardından Polşa “Piast”ını (2:1, 2:2) mübarizədən kənarlaşdıran təmsilçimiz indi də pley-offa vəsiqə qazanmaq iddiasındadı.

Bəs görəsən Ağdam klubu üçüncü təsnifat mərhələsindən də qalib ayrılsa, komandamızı hansı aqibət gözləyir? Daha doğrusu, pley-off təsnifat mərhələsinin püşkatması zamanı “Qarabağ” hansı səbətdə yer alacaq, hansı klublarla qarşılaşmalı olacaq?
 
Şübhəsiz ki, Avroliqada hər növbəti mərhələ daha güclü rəqiblərlə qarşılaşmaq məcburiyyəti yaradır. Bu mənada Ağdam klubu da üçüncü təsnifat mərhələsində İsveç “Gefle”sini mübarizədən kənarlaşdırsa, pley-offda çox güclü komandalarla qarşılaşmalı olacaq. Çünki həm “Qarabağ”, həm də “Gefle”nin UEFA reytinqi o qədər də yüksək olmadığından, mərhələ adlayan pley-off mərhələsində çıxış edəcək klubların səbət bölgüsü zamanı zəiflərin sırasında yer alacaq. Səpələnməmişlər səbətində qərarlaşmaq isə səpələnmişlərin arasındakı daha güclü komandalardan birinə rəqib olmaq anlamına gəlir.
 
Qeyd edək ki, “Qarabağ”ın potensial rəqiblərindən doqquzu artıq məlumdu. Bunlar “Tottenham”, “Dinamo” (Kiyev), “Braga”, “Fiorentina”, “Spartak” (Moskva), “AZ Alkmaar”, “Beşiktaş”, “Genk” və “Dnepr”di. Mübarizəyə birbaşa pley-off mərhələsindən başlayacaq bu 9 klubla yanaşı, daha 4 komanda var ki, onların hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. Daha 5 klubun isə səpələnməmişlər səbətində yer alacağı dəqiqdi və “Qarabağ” mərhələ keçsə, həmin klublarla qarşılaşmayacaq.
 
Səpələnmişlər: Tottenham (İngiltərə), Dinamo (Kiyev, Ukrayna), Braga (Portuqaliya), Fiorentina (İtaliya), Spartak (Moskva, Rusiya), AZ Alkmaar (Hollandiya), Beşiktaş (Türkiyə), Genk (Belçika), Dnepr (Ukrayna).
 
Səpələnməmişlər: Betis (İspaniya), Apollon Limassol (Kipr), St. Gallen (İsveçrə), Esbjerg (Danimarka), Pasching (Avstriya).

Səbəti hələlik dəqiqləşməyənlər: Eintracht (Almaniya), Feyenoord (Hollandiya), Nice (Fransa), Atromitos (Yunanıstan).
 
Maraq üçün qeyd edək ki, pley-off mərhələsində bütövlükdə 62 klub iştirak edəcək. Onlardan yuxarıda adları çəkilən 18-i mübarizəyə birbaşa bu mərhələdən mübarizəyə qoşulacaq komandalardı. 29 iştirakçı Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləri olacaq. Qalan 15 iştirakçı isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olan kollektivlər olacaq.
 
Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizə aparacaq klublar:
 
Qarabağ (Azərbaycan) - Gefle (İsveç)
Ventspils (Latviya) - Maccabi (Hayfa, İsrail)
Tromse (Norveç) - Differdange (Lüksemburq)
Kukesi (Albaniya) – Metallurg (Donetsk, Ukrayna)
Chernomorets (Ukrayna) – Crvena Zvezda (Serbiya)
Swansea (İngiltərə) – Malmö (İsveç)
Sevilla (İspaniya) – Mladost (Monteneqro)
Saint-Etienne (Fransa) – Milsami (Moldova)
Şiroki Brijeg (Bosniya və Hersoqovina) – Udinese (İtaliya)
Petrolul (Rumıniya) – Vitesse (Nollandiya)
Hajduk (Xorvatiya) – Dila (Gürcüstan)
Jablonec (Çexiya) – Stromsgodset (Norveç)
Slovan (Çexiya) – Zürich (İsveçrə)
Dinamo (Belarus) – Trabzonspor (Türkiyə)
Aktobe (Qazaxıstan) – Breidablik (İslandiya)
Panduri (Rumıniya) – Hapoel (Təl-Əviv, İsrail)
Rijeka (Xorvatiya) – Zilina (Slovakiya)
Slask (Polşa) – Brugge (Belçika)
Randers (Danimarka) – Rubin (Rusiya)
Asteras (Yunanıstan) – Rapid (Avstriya)
Trencin (Slovakiya) – Astra (Rumıniya)
Zalgiris (Litva) –Lech (Polşa)
Mothervell (Şotlandiya) – Kuban (Rusiya)
Botev (Bolqarıstan) – Stuttgart (Almaniya)
Estoril (Portuqaliya) – Hapoel (Ramat Qan, İsrail)
Vojvodina (Serbiya) – Bursaspor (Türkiyə)
Xanthi (Yunanıstan) – Standard (Belçika)
Häcken (İsveç) - Thun (İsveçrə)
Minsk (Belarus) –Saint Johnstone (Şotlandiya)
 
ÇL-in üçüncü təsnifat mərhələsindən gəlməsi gözlənilən klubların siyahısı:
 
Basel (İsveçrə) - Maccabi (Təl-Əviv, İsrail)
Molde (Danimarka) - Legia (Polşa)
Ludogorets (Bolqarıstan) - Partizan (Serbiya)
Dinamo (Tiflis, Gürcüstan) - Steaua (Rumıniya)
APOEL (Kipr) - Maribor (Sloveniya)
Celtic (Şotlandiya) - Elfsborg (İsveç)
Şaxtyor (Qazaxıstan) - Skenderbeu (Albaniya)
Austria (Avstriya) - Hafnarfjordur (İslandiya)
Nomme Kalju (Estoniya) – Viktoria (Çexiya)
Dinamo (Zaqreb, Xorvatiya) - Sheriff (Moldova)
Nordsjelland (Danimarka) - Zenit (Rusiya)
Salzburg (Avstriya) - Fenerbahçe (Türkiyə)
PAOK (Yunanıstan) - Metallist (Ukrayna)
Olympique (Lion, Fransa) - Grasshopper (İsveçrə)
PSV (Hollandiya) - Zulte Waregem (Belçika)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.