27 iyul 2013 13:23
Baş katib UEFA-nın tədbirində
İsveçin Stokholm şəhərində UEFA-nın qadın futbolunun inkişafına həsr olunmuş tədbiri keçirilir. Azerisport.az xəbər verir ki, tədbirdə UEFA-nın üz assosiasiyalarının baş katibləri, UEFA İcraiyyə Komitəsinin üzvləri, FIFA-nın qadın yarışlarının keçirilməsi və üzv assosiasiyaların inkişafı şöbələrinin nümayəndələri iştirak edir.
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda qadın futbolunun hazırkı vəziyyəti, bu sahədə təşkil olunmuş tədbir və turnirlər, həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı xüsusi təqdimatla çıxış edəcək.
