27 iyul 2013 13:41
Anar Nəzirov da Türkiyə klubuna keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın qapıçısı Anar Nəzirov da karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az saytına müsahibəsində bunu, qolkiper özü xəbər verib:
“Mənə Türkiyədən zəng etmişdilər. “Fethiyespor” xidmətimdə maraqlıdı. Onlar həqiqətən də məni öz klublarında görmək istəyirlər. Əlbəttə, Türkiyədə oynamaq çox xoş olardı. Amma mənim “Sumqayıt”la müqaviləm var. Bu komandaya da yenicə keçmişəm. Hər halda yaxın günlərdə bu məsələni yoluna qoymağa çalışacağam”.
Qeyd edək ki, bu yay “Sumqayıt”a gələn üç futbolçuya Türkiyədən real təkliflər gəldi ki, onlardan da yalnız biri – Saşa Yunisoğlu “Denizlispor”un dəvətini qəbul etdi. Çünki o, “Sumqayıt”la müqaviləsində xaricdən təklif alacağı təqdirdə problemsiz getmək şərti qoymuşdu. Amma elə “Denizlispor”un almaq istədiyi Vurğun Hüseynov “Sumqayıt”dan ayrıla bilmədi. Nəzirovun indiki vəziyyətdə necə addım atacağı isə maraqla gözlənilir. Hər halda daha bir futbolçumuzun ölkə kənarına çıxması pis olmazdı. Özü də milli üzvü olan qapıçının.