28 iyul 2013 01:30
Hüseynov Bucasporda debüt etdi, komandası qələbə qazandı
Türkiyənin “Bucaspor” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramal Hüseynovun çıxış etdiyi PTT Birinci Liqa təmsilçisi ötən gün ilk yoxlama oyununu keçirib.
Həmyerlimizin komandası klub bazasında “Menemen Belediyespor”la qarşılaşıb. Görüş “Bucaspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramal da bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, bu, Hüseynovun yeni komandasındakı debüt görüşü olub. Onun avqustun 4-də keçiriləcək “Nazilli Belediyespor”la görüşdə də forma geymək şansı var.
