27 iyul 2013 14:04

FİFA Arif İsayev və Saşa Yunisoğlunun klubunu sərt cəza ilə hədələdi

Futbol üzrə Azərbaycan yığmasının üzvləri - Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin PTT Birinci Liqa təmsilçisi “Denizlispor” klubunu ağır cəza gözləyir. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, əvvəlki illərdə bu komandada forma geymiş legioner futbolçulara təxminin 2 milyon 450 min avro borcu olan klub bu məbləği ödəməyəcəyi təqdirdə “Denizlispor” transfer qadağası qoyula, xalı silinə və hətta aşağıya liqalara düşürülə bilər.
 
Bu barədə danışan klub prezidenti Süleyman Urkay bildirib ki, maaşlarını ala bilməyən sözügedən futbolçular FİFA və Beynəlxalq Arbitraj məkhəməsinə müraciət etdikləri üçün ödəniləcək məbləğ 8-10 dəfə daha da artıb: "Bu rəqəmlər bizim ödəyə biləcəyimiz məbləğlər deyil. Branimir Bajiçin 72 min avrodan 196 minə qaldırdığı məbləği avqustun 12-nə qədər ödəyə bilməsək, FİFA sanksiya tətbiq edəcək. Legionerlərlə yanaşı, yerli oyunçulara, baş məşqçilərə də 5 milyon türk lirəsinə yaxın borcumuz var. Hər kəsi “Denizlispor”a dəstək olmağa çağırırıq”.
 
Qeyd edək ki, “Denizlispor” keçmiş futbolçusu Emil Angelova 76 min, Martin Horaka 442 min, Branimir Bajiçə 196 min, Valmir Ribeyroya 500 min, David Sillaya 466 min, Uesli Qonçalvesə 418 min ( 200 min avro ödənilib), İbrahim Banquraya 220 min və Erik Odhiamboya 221 min avro məbləğində pul ödəməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.