27 iyul 2013 14:58
Azərbaycanın rəqibləri bəlli oldu
Xəbər verdiyimiz kimi, avqustun 2-dən 8-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində 16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında “Dostluq kuboku” turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən yarışda Azərbaycan yığması da mübarizə aparacaq.
İyulun 25-dən Bakıda bu turnirə hazırlaşan və avqustun 1-də təlim-məşq toplanışını yekunlaşdıracaq komandamızın rəqibləri artıq bəllidi. Belə ki, millimiz Belarus, Tacikistan və turnirə ev sahibliyi edən Qırğızıstan ilə eyni qrupda mübarizə aparacaq.
Artıq turnirin təqvimi də müəyənləşib:
Dostluq Kuboku
Dostluq Kuboku
1-ci tur (3 avqust)
18:30. Azərbaycan – Belarus
18:30. Qırğızıstan – Tacikistan
2-ci tur (5 avqust)
18:30. Tacikistan – Azərbaycan
18:30. Belarus – Qırğızıstan
3-cü tur (7 avqust)
9:00. Tacikistan – Belarus
10:00. Qırğızıstan – Azərbaycan
