27 iyul 2013 15:19

“Hacıyev 0:1-dən sonra istefa verdisə, Toşak da 0:8-dən sonra bunu etməliydi”

“Turan”ın sabiq baş məşqçisi Əfqan Talıbovun azerisport.az saytına müsahibəsi
 
- Klublarımızın bu həftə baş tutan avrokubok oyunlarını izlədiniz?
- Bəli. İlk növbədə onu qeyd etmək istərdim ki, klublarımızda həm təşkilatçılıq, həm də transferlər daha yüksək səviyyəyə qalxıb. Bu üzdən klublarımızın qarşılarına qrup mərhələsinə çıxmaq vəzifəsini qoymasında təəccüblü nəsə görmürəm.
 
- Amma onların hələ də buna qadir olmadığı üzə çıxdı...
- Bu həftə bizi yalnız “Qarabağ” sevindirdi. Komandamız hücumçularının fərdi keyfiyyətləri sayəsində istəyinə çatdı. Amma fikrimcə, klublarımız bu cür maliyyə dəstəyi sayəsində daha ciddi uğurlara imza atmalı idilər. Xüsusilə klublarımızın rəqiblərini maliyyə planında xeyli üstələməsi bunu qaçılmaz edirdi. Etiraf edim ki, ən azı üç klubumuzun mərhələni keçəcəyini gözləyirdim. İki klubumuzun isə qrup mərhələsinə çıxacağına ümidliydim. Amma təəssüf ki, “Neftçi” Çemiponlar Liqasında mübarizəni erkən dayandırdı. “İnter” Norveç klubu ilə bacarmadı. “Xəzər Lənkəran” haqda ümumiyyətlə danışmaq istəmirəm. İsrail klubunun heyətində dünya səviyyəli bir ulduz da yoxdu ki, bu cür darmadağına müəyyən bir haqq qazandırasan. 0:8 inanılmaz nəticədi. Öncə “Maccbi”yə (Hayfa) 0:2 uduzdular, ardından “Fenerbahçe” ilə 0:4 və sonda da 0:8. Bir futbol adamı kimi bu nəticəni qəbul edə bilmirəm. Komanda ilk dəqiqələrdən əl-qolunu yanına salıb rəqibin oyununu izləyirdi. Bu oyun göstərdi ki, bəzi futbolçular “Xəzər Lənkəran”da çıxış etmək istəmirlər. Onların hamısını qovmaq lazımdı.
 
- Bəs Con Toşak qalmalıdı?
- Əgər Böyükağa Hacıyev 0:1 hesablı məğlubiyyətdən sonra istefa verdisə, Toşak da 0:8-dən sonra bunu etməliydi. Onun bu mövsümə yaxşı komanda yaratması üçün kifayət qədər vaxtı var idi. Oyundan sonra özü də səhvlərini etiraf etdi. Əgər özü istefa vermirsə, klub bunu tələb etməlidi.
 
- Son dəqiqələrdə “Maccabi”yə azarkeşlik etmirdiz? Axı onlar iki qol da vursaydılar, “Xəzri”nin 17 il əvvəlki antirekordunu yeniləmiş olacaqdılar...
- Təbii ki, yox. Bu oyun zamanı heç “Xəzri”nin görüşü yadıma da düşməmişdi. Həm də o, tamamilə fərqli aqibət idi. Biz Polşa “Qutnik”i ilə ilk oyunu səfərdə keçirdik. İlk qolu 29-cu dəqiqədə buraxdıq. İlk yarıdan sonra hesab 0:2 idi.
 
- Bəs fasilədən sonra nə baş verdi?
- Klub rəhbərliyi məğlubiyyətimizlə barışmaq istəmirdi. Onlar bizə ikinci hissədə ancaq hücum etməyi tapşırdılar. Nəticədə olan oldu. Halbuki, diqqətli oynasaydıq, hər şey fərqli ola bilərdi. “Xəzər Lənkəran”ın isə doğma meydanında belə uduzmağa haqqı yox idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.