28 iyul 2013 19:35
Futbolçumuzu Türkiyədə yumurta atəşinə tutdular (FOTO)
Bu gün futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayevin ad günüdü. Azerisport.az xəbər verir ki, futbolçumuzun 28 yaşı tamam olur.
Onun bu əlamətdar günü klubunda xüsusi qeyd edilib. Belə ki, komanda yoldaşları bu gün baş tutan məşqdə Arifi yumurta atəşinə tutublar. Məşqi izləyən azarkeşlər isə İsayev üçün gətirdikləri tortu elə futbolçumuzun özünə kəsdiriblər.
