29 iyul 2013 00:03
Arif İsayevin son oyunda iştirak etməməsinin səbəbi bəlli oldu
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının üzvləri – Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyənin “Denizlispor” klubu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor”la yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmin oyunda Subaşiçlə Saşa iştirak etsə də, Arif meydana çıxmamışdı.
Buna səbəb onun hələ də zədəli olmasıdı. Belə ki, məşqçilər korpusu futbolçumuzla risk etmək istəmədiyindən, onun meydana çıxmasını lazım bilməyiblər.
“Denizlispor” növbəti mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu iyulun 30-da “Adana Demirspor”a qarşı keçirəcək. Həmin oyuna qədər Arifin də sağalması gözlənilir.
