30 iyul 2013 00:52
Elhad Nəzirisiz Petroluldan xal itkisi (YENİLƏNİB)
Futbol üzrə Rumıniya çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Pandurii” ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.
Mövsümün ilk oyununda iştirak etmiş Elhadın bu oyunda da meydana çıxması istisna deyildi. Lakin baş məşqçi Kosmin Kontra ona bu oyunda şans verməyib.
Qeyd edək ki, “Petrolul” iki turdan sonra 4 xal toplayıb.
Rumıniya çempionatı
2-ci tur
29 iyul
Petrolul - Pandurii - 1:1
