29 iyul 2013 00:25
Fəridlə Murad önsə Subaşiçə, sonra Popoviçə qarşı oynayacaq
Türkiyənin “Kahramanmaraşspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Fərid Quliyevlə Murad Axundzadənin də heyətində yer aldığı komanda Boluda hazırlıq keçir.
Kahramanmaraş təmsilçisi təlim-məşq toplanışı çərçivəsində daha dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq rəqiblərin kimliyi və oyunların tarixi də bəllidi.
Maraqlıdı ki, həmin rəqiblərin arasında digər futbolçularımızın yer aldığı iki komanda da var. Belə ki, Fəridlə Murad öncə Branimir Subaşiçli “Orduspor”la, daha sonra isə Usim Nduka və Andrey Popoviçin forma geydiyi “Tavşanlı Linyitspor”a qarşı forma geymək şansına malik olacaq.

Həmin oyunların siyahısı ilə sizi də tanış edirik:
1 avqust
Kahramanmaraşspor - Orduspor
3 avqust
Kahramanmaraşspor - Ünyespor
5 avqust
Kahramanmaraşspor - Tavşanlı Linyitspor
11 avqust
Kahramanmaraşspor – Gaziantep BB