29 iyul 2013 00:36
Millimizin üzvü Avstriyada belə hazırlaşır (FOTO)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün Avstriyada növbəti məşqə çıxıb.
Vyana toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir. Baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında məşq edən futbolçular bu gün iki hazırlıq keçiblər. Axşam məşqini klub prezidenti Mesut Hoşcan və digər klub rəsmiləri də izləyib. Futbolçularla görüşən, onlarla söhbət edən klub rəsmiləri dəstəklərini nümayiş etdiriblər.
