28 iyul 2013 11:25
Reynaldo: Qarabağ Gefleni də keçməyə qadirdi
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının ikinci təsnifat mərhələsində məğlub etdiyiniz Polşa “Piast”ı ilə oyunlar (2:2, 2:1) nə ilə yadınızda qaldı?
- Çox çətin oyunlar oldu. Amma biz mərhələ keçməyi bacardıq. Çünki həmişə olduğu kimi, komandamızın üzvləri yenə sona qədər ürəkdən çalışdılar. Biz növbəti mərhələyə keçməyə borclu idik. Bunu da etdik. İndi isveçlilərlə oyunu gözləyirik.
- Çox çətin oyunlar oldu. Amma biz mərhələ keçməyi bacardıq. Çünki həmişə olduğu kimi, komandamızın üzvləri yenə sona qədər ürəkdən çalışdılar. Biz növbəti mərhələyə keçməyə borclu idik. Bunu da etdik. İndi isveçlilərlə oyunu gözləyirik.
- Qlivitsedəki cavab görüşü daha ağır keçdi...
- Biz oyuna əla başlamışdıq, qol da vurduq. Amma ondan sonra işimiz bir qədər çətinləşdi. Rəqib komanda təzyiqi artırdı, qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Nəticədə, fasiləyə məğlub yollandıq. İkinci hissədə bizə qol vurmaq lazım idi. Bunun üçün çox çalışsaq da, ikinci 45 dəqiqə ərzində istəyimizə çata bilmədik. Lakin bunun ciddi fərqi olmadı. Əlavə vaxtda lazım olan qolu vurduq. Səfərdə heç-heçə olsa da, ümumi hesabda qalib gələn biz olduq.
- Meydandakı ən fəal futbolçulardan biriydiniz. Öz çıxışınız haqda nə deyə bilərsiz?
- Fikrimcə, yaxşı alındı. Bakıdakı oyunla müqayisədə bu dəfə bizim yaxşı hücumlar təşkil etməyimiz üçün daha çox boşluqlar tapmaq imkanımız var idi. Rəqib hücuma keçirdi və bu, bizim üçün əks-hücumlar qurmağa şərait yaradırdı. Təbii ki, mənim üçün də Bakıdakından fərqli, səfər oyununda işim daha asan oldu.
- “Qarabağ” “Gefle”ni də keçə biləcək?
- İndi nəsə söyləmək çətindi. Rəqibi daha yaxından tanımağımız lazımdı. İlk oyundan sonra növbəti mərhələyə adlamaq şansımızın nə qədər yüksək olduğu bilinəcək. Amma fikrimcə, “Qarabağ” isveçliləri də keçməyə qadirdi.
- Belçikada çıxış etmiş futbolçunun “Qarabağ”a uyğunlaşmasında problem olmadı ki? Bu komandaya ilin əvvəlində gəlsəz də, artıq əvəzolunmaz fiqurlardan birinə çevrilmisiz...
- “Qarabağ” elə komandadı ki, burda hər kəs bir-birinə kömək edir. Mən ilk dəfə bura gələndə hamı məni çox yaxşı dəstəkləyirdi: oyunçular, məşqçilər, rəhbərlik. Bütün bunlar mənim komandaya daha yaxşı uyğunlaşmağımda böyük dəstək oldu.
- “Qarabağ”dakı bu mehriban atmosfer sizi təəccübləndirmədi?
- Belə bir klubda oynadığım üçün çox xoşbəxt olduğumu deyə bilərəm. Mən də öz oyunumla bu komandaya kömək etmək istəyirəm. Bu komanda çox xoşuma gəlir.
- Belə bir klubda oynadığım üçün çox xoşbəxt olduğumu deyə bilərəm. Mən də öz oyunumla bu komandaya kömək etmək istəyirəm. Bu komanda çox xoşuma gəlir.
