28 iyul 2013 12:55
Sumqayıt Şahdağa qalib gəldi
Gürcüstan toplanışını başa vuran "Sumqayıt" Futbol Klubu hazırlığın üçüncü mərhələsinə start verib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası "Sumqayıt" İdman Mərkəzində növbəti yoxlama oyununu keçirib.
"Şahdağ"la qarşılaşan "Sumqayıt" qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Nurlan Novruzov və Kərim Diniyev vurub.
