28 iyul 2013 13:52
Qəbələ Gürcüstan toplanışını sülhlə yekunlaşdırdı
Gürcüstanda son yoxlama oyununu keçirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası vətənə dönüb. Azerisport.az xəbər verir ki, son oyunda komanda Sixinvali "Spartak"ı ilə qarşılaşıb.
Hər iki tərəfin səylərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0.
Xatırladaq ki, "qırmızı-qaralar" toplanış çərçivəsində bu görüşə qədər daha 3 oyun keçiriblər. "Mark Stars of Georgia" (2:1) və Tbilisi "Dinamo"suna (2:0) qalib gələn təmsilçimiz "VİT Georgia" kollektivinə (0:4) məğlub olub.
