28 iyul 2013 15:14

Azərbaycan futbol jurnalistlərinin birgə bəyanatı!

Azərbaycan Premyer-Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Qol gücünə, hərbə-zorba gəlməklə nəyəsə nail olmağa, özlərini göstərməyə çalışan mühafizə işçilərinin davranışı bezdirici səviyyəyə çatıb. Hər dəfə yeni qayda icad edərək “o olmaz, bu olmaz” deməklə işimizi lazımınca yerinə yetirməyə, akkreditasiya qaydalarına uyğun olaraq hərəkətlərə qoymayan bu şəxslərlə bağlı tədbir görülməsinin vaxtıdı. Bu səbəbdən də...  
 
Azərbaycan futbol jurnalistləri olaraq bu tərbiyəsizliyin qarşısının alınmasını, ciddi addımların atılmasını tələb edirik!   Bu, klublar və AFFA-ya birinci və sonuncu xəbərdarlıqdı. Xüsusilə də klublar (hələ ki, ad çəkməyə ehtiyac yoxdu) bu işdə “fərqlənərək”, işçilərinə həddindən artıq “səlahiyyət” veriblər. Gücə gəlincə, biz də mumdan deyilik! Ancaq hər şeyin sivil həlli yolu var və demokratik qanunlarla idarə olunan dövlət qurmaq istəyən hakimiyyətimizin bu çalışmalarına qarşı çıxmaq lazım deyil. Onsuz da bərbad olan futbol sistemimizdə daha bir problemin yaranmasını istəmirik. İşimizi lazımlı səviyyədə görməyimiz, bizdən çox sizə lazımdı, cənablar!  
 
Bu bacarıqsız, işinin nədən ibarət olduğunu bilməyən adamlarınızı təlimatlandırmanızı, onlara mətbuat nümayəndələriylə davranış qaydalarını öyrətməyinizi tələb edirik. Bir daha təkrar edirik, bu bir xahiş yox, tələbdir!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.