28 iyul 2013 15:26

Aleksandr İaşvili: İnter mübarizəni erkən dayandırmağa layiq deyildi

“İnter”in hücumçusu Aleksandr İaşvilinin azerisport.az saytına müsahibəsi
 
- Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveç “Tromse”si ilə cavab matçınız ilk oyundan fərqlənmədi. Komanda yenə də şansları boşa verdi...
- Tromsedə də belə oldu. “İnter” mərhələ keçmək istəyirdi. Bu yolda hər şeyə hazır idik. Oyunçular sona kimi vuruşdular. Hesabı açandan sonra ikinci qolu da vurmaq istəyirdik. Çox çalışdıq. Amma alınmadı. Təəssüf! Futbolun gözəlliyi qoldu. Vura bilmədik, mübarizəni dayandırdıq. Bütövlükdə isə, “İnter”in yaxşı çıxış etdiyini düşünürəm.
 
- Yəni oyununuzdan razısız?
- Biz yaxşı oynadıq. Yeganə çatışmazlığımız hücumlarımızı qolla tamamlaya bilməməyimizdi. Özünüz də gördünüz ki, bütün oyun ərzində hücum edən tərəf biz idik. “İnter” əlinə düşən şanslardan yararlana bilmir. Qol vura bilmirsənsə, mərhələ də keçə bilməzsən. Mümkündü ki, səfərdəki oyunda biz çox səhvə yol verdik. Amma istənilən halda səfərdə 0:2 hesabıyla uduzmağa, mübarizəni dayandırmağa layiq deyildik.
 
- Sizcə, “İnter”in ikinci qolu vura bilməməsinə nə mane oldu?
- Mən hakimlik haqda danışmağı sevmirəm. Amma referi matçın sonunda rəqib qapısına penalti təyin etməyə borclu idi. Çünki rəqib futbolçu əllə oynamışdı. Ümumiyyətlə, rəqib futbolçular matçın sonlarında çoxlu qayda pozuntusu edirdilər. “Tromse”nin oyunçuları yerə yıxılan kimi, hakim oyunu dayandırırdı. Bizə qarşı qayda pozulanda isə, heç nəyə fikir vermirdi. Əlbəttə, mərhələ keçə bilməməyimizin günahını hakimliyin üzərinə atmaq fikrim yoxdu. Amma o, oyunu daha yaxşı idarə edə bilərdi.

- “İnter”in avrokuboklardakı çıxışını necə qiymətləndirirsiz?
- “İnter” ən azı üç mərhələ keçməliydi. Biz sərgilədiyimiz oyuna görə buna layiq idik. Nail olduğumuz nəticə isə məni qane etmədi. Yaxşı komandamız var. Sadəcə, futbolda hər şeyi nəticə müəyyənləşdirir. Bir mərhələ keçmək elə də böyük uğur deyil. Artıq bütün diqqətimizi çempionata yönəltməli, Premyer Liqada özümüzü göstərməliyik.
 
- Gələn həftə start götürəcək Premyer Liqamız barədə hansı məlumatlarınız var?
- Bilirəm ki, 5-6 klub çempionluq uğrunda mübarizə aparır. Azərbaycanda “Neftçi”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” kimi güclü klublar var. Rəqabət böyükdü. Hər bir oyun həlledici xarakter daşıyacaq. Mənə deyiblər ki, çempionatınızda asan keçiləsi rəqib yoxdu. Hər oyunda maksimum güc qoymaq lazımdı ki, qələbə qazanasan.
 
- “İnter”in hücum xəttindəki problemlər çempionatda da uğursuzluqla üzləşməyinizə səbəb olmayacaq ki?
- Müəyyən problemlər var ki, onları mövsümün startına qədər yoluna qoymaq lazımdı. “İnter” çempionluğa oynayacaq. Biz bunu yaxşı futbol sərgiləməklə isbatlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.