29 iyul 2013 18:15

Yuri Syomin: Qəbələnin istənilən rəqibə özünü göstərmək üçün kifayət qədər gücü var

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin azerisport.az saytına müsahibəsi
 
- Komandanızın yeni mövsümə hazırlığından razısız?
- Yeni gələn futbolçuların özlərini kifayət qədər yaxşı tərəfdən göstərməsini qeyd etmək istərdim. Aydın məsələdi ki, onların çempionatda özlərini necə göstərəcəyi daha önəmlidi. Amma başlanğıc üçün pis deyil. Hamısı komandaya uyğunlaşıblar. Bir sözlə, hazırlıqdan razıyam.
 
- Bəs daha çox hansılar özlərini yaxşı tərəfdən göstərdilər – legioenerlər, yoxsa yerlilər?
- Mən bizimlə olan hər bir futbolçudan razıyam. Komandanı milli mənsubiyyətinə görə ayırmaq fikrim yoxdu.
 
- Ümumiyyətlə, yerli futbolçuların səviyyəsi barədə nə deyərdiniz?
- Bu kiçik müddət ərzində gənc futbolçular xeyli artırdılar. Onlardan nə tələb olunduğunu başa düşdülər. Hər halda bir ay əvvəllə müqayisədə indi daha yaxşı təsir bağışlayırlar?
 
- “Qəbələ” Avstriya toplanışı zamanı üç yoxlama oyunu keçirdi, hamısında qalib gəldi. Amma bizim klublarımız adətən sınaq matçlarında qalib gəlsə də, çempionatdakı görüşlərində eyni uğuru təkrarlaya bilmirlər...
- Mən belə şeylərə fikir vermirəm. Hər komanda üçün fərqli vəziyyətlər var. Yoxlama oyunlarındakı yaxşı nəticələr komandadakı atmosferə də yaxşı təsir göstərir. Futbolçular psixoloji cəhətdən öz güclərinə daha çox inanırlar. Yeni formalaşan komandamız üçün də bu amil çox vacibdi.
 
- Debütünüz mövsümün açılış matçına təsadüf edəcək. Rəhbərlik artıq qarşınıza hansısa hədəf qoyub?
- Hədəf təbii ki, hər bir oyunda qələbə qazanmaqdan ibarətdi. Fikrimcə, buna nə qədər yaxşı nail olsaq, sonluq bizim üçün bir o qədər yaxşı olacaq.
 
- “Bakı” ilə oyundan nə gözləyirsiz?
- Rəqib haqda müəyyən məlumatım var. Yaxşı komandadı. Amma bu, ötən mövsümdə idi. Yəqin ki, bu mövsüm dəyişikliklər olub.
 
- Mövsümə səfərdə başlamağınız hansısa önəm kəsb edir?
- Mənim üçün harda oynamağımızın fərqi yoxdu. Duruma yox, özünə baxmalısan. Hansı oyunu sərgiləsək, onu da görəcəyik.

- İnamlı danışırsız. Deməli, “Qəbələ” ilk turdan etibarən qələbə qazanmağa hazırdı?
- Biz hər şeyə hazır olmalıyıq.
 
- Azərbaycanın avrokuboklardakı təmsilçilərindən üçü artıq çıxışını başa vurub. Bunu necə qarşıladınız?
- Fikrimcə, onların bu uğursuzluğu həmin klubların Premyer Liqaya daha yaxşı köklənməsinə şərait yaradacaq. Onlar daha hirsli olacaqlar, heç bir rəqibə güzəştə getməyəcəklər.
 
- Həmçinin “Qəbələ”yə də...
- Digər komandaların hansı durumda olması, bizimlə oyunlara necə köklənməsi “Qəbələ”ni maraqlandırmamalıdı. Əsas, bizim nə edəcəyimiz, necə oynayacağımızdı. Bizim kifayət qədər gücümüz var ki, özümüzü yaxşı tərəfdən göstərək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.