29 iyul 2013 18:57
AZAL 250 000 avroluq futbolçudan imtina etdi
AZAL Premyer Liqanın yeni mövsümünə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu eyni zamanda transfer çalışmalarını da sürdürür.
“Təyyarəçilər” bir neçə gün idi Qabon yığmasının hücumçusu Mbanq Ondonu sınayırdı. Lakin Vaqif Sadıqov 250 min avroluq futbolçunu bəyənməyib. Bu üzdən də o, geri qaytarılıb.
Komandada baxışda olan digər futbolçu – isveçli hücumçu Freddi Borqun taleyi isə hələlik bəlli deyil. Onunla bağlı qarşıdakı günlərdə yekun qərar çıxarılmalıdı.
