29 iyul 2013 11:07

Namiq Yusifov: Qarabağ Gefleyə də qarşı sonadək mübarizə aparacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”ın Avroliqadakı növbəti rəqibi İsveç “Gefle”sidi. Bu komanda barədə nə deyə bilərsiz?
- Düzünü deyim ki, növbəti rəqibimiz barədə ətraflı məlumatım yoxdu. Amma bir halda ki, bu komanda ilə düşmüşük, oynamalıyıq. Baxmayaraq ki, belə bir rəqiblə düşməyimizin bizim üçün sərfəli olmadığını düşünürəm.
 
- Niyə?
- Böyük ehtimalla onlar da atletik futbola üstünlük verirlər. Bu üzdən bizə çətin olacaq. “Qarabağ”a belə komandalara qarşı oynamaq ümumiyyətlə çətin olur. Ümid edirəm ki, sonda hər şey bizim üçün yaxşı bitəcək. Sona qədər mübarizəmizi davam etdirəcəyik.
 
- Polşa “Piast”ı ilə cavab oyununu necə şərh edərdiniz?
- “Piast”ın hücumlar təşkil edəcəyini, pressinqə əl atacağını gözləyirdik. Yaxşı ki, erkən qol vurduq. Amma onlar “ikinci mərtəbədə” daha effektli oynamalarından istifadə edərək, ardıcıl iki qola imza atdılar. Sonadək mübarizə apardıq. Özümüzdə güc tapıb lazım olan qolu da vurduq. Şükür Allaha ki, hər şey bizim üçün yaxşı alındı. Nəticədən razı qaldım.
 
- Bütün oyun boyu susmayan azarkeşlər tərəfindən təzyiq hiss etmirdiz ki?
- Xeyr. Əksinə deyərdim ki, belə azarkeş kütləsi qarşısında oynamaq daha asan idi. Belə atmosferdə oynamağı hər bir futbolçu xoşlayır. Biz onlara qol vursaq da, azarkeşlər yenə də dəstəklərini davam etdirirdilər. Sadəcə, biz buna alışıq deyilik. Çünki adətən rəqiblərimiz bizə qol vuranda tam fərqli reaksiya ilə qarşılaşırıq.
 
- Təsəvvür edirdiz ki, əlavə 30 dəqiqə də oynayacaqsız?
- Hər şeyə hazır olmaq lazımdı. Futbolda belə gözlənilməzliklər olur. Əlbəttə, biz cütün taleyini 90 dəqiqə ərzində həll etmək istəyirdik. Amma əsas odu ki, qarşıya qoyulan vəzifəyə nail olduq.

- “Piast”la Bakıdakı oyunda siz fasilədə əvəzləndiniz, Qlivitsedə isə ikinci hissədə meydana çıxdınız...
- Kimin ilk dəqiqələrdən oynamasının fərqi yoxdu. Komandanın qələbəsi hər şeydən önəmlidi. Narazı deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.