29 iyul 2013 11:39
Yeni mövsüm öncəsi 66 nəfər üçün seminar
İyulun 30-da və 31-də Topaz Premyer Liqasına təyinat alan AFFA nümayəndələri, hakim-inspektor və birinci Divizion hakim-inspektorları üçün AFFA-nın inzibati binasında seminar-məşğələ keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, seminarda 66 nəfər AFFA nümayəndəsi və hakim-inspektor iştirak edəcək.
