30 iyul 2013 00:07
Yığmamızın qapıçısı Türkiyə klubunda debüt etdi
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçlə AZAL-ın sabiq müdafiəçisi Usim Ndukanın çıxış etdiyi Türkiyənin “Tavşanlı Linyitspor” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, PTT Birinci liqa klubu “Boluspor”la qarşılaşıb.
Oyun “Tavşanlı Linyitspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Popoviç matçın iştirakçısı olub. Qolkiper ikinci yarıda meydana çıxıb. Usim isə forma geyinməyib.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” növbəti matçını Branimir Subaşiçin forma geyindiyi “Orduspor”a qarşı keçirəcək.
