29 iyul 2013 11:55
“Bakıda da belə oynasa, Gefle evə yaxşı nəticə ilə qayıda bilər”
İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson ölkə çempionatının son turunda “Malmö” üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan komandanın çalışdırıcısı 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Biz son iki matçda fantastik futbol sərgiləyirik. Ümid edirəm ki, lazım olan ritmi tuta bilmişik. Əgər “Qarabağ”a qarşı Bakıdakı oyunda da belə çıxış edə bilsək, evə yaxşı nəticə ilə qayıda bilərik”.
Qeyd edək ki, “Gefle” avqustun 1-də “Qarabağ”ın qonağı olacaq.
Qeyd edək ki, “Gefle” avqustun 1-də “Qarabağ”ın qonağı olacaq.
