30 iyul 2013 00:25
Özkara oynadı, Sivasspor tək qolla qalib gəldi
Türkiyənin “Sivasspor” klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Hollandiyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası Portuqaliyanın “Belenenses” klubu ilə qarşılaşıb.
Qarşılaşma Türkitə klubunun qələbəsi ilə yekunlaşıb. Futbolçumuzun komandası 1:0 hesabıyla üstün olub.
Cihan Özkara bu oyuna start heyətdə çıxıb. Qolu isə 42-ci dəqiqədə Kamil Qrosiçki vurub.
“Sivasspor” Hollandiyadakı son matçında “Kayseri Erciyesspor”la qarşılaşacaq.
