30 iyul 2013 00:36
Millimizin futbolçusu 13 dəqiqə oynadı, komandası uduzdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geydiyi “Kaiserslautern” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası “Freiburg”la qarşılaşıb.
Görüş frayburqluların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Rüfət meydana 77-ci dəqiqədə çıxıb. Lakin o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
