29 iyul 2013 12:31
Azərbaycan - Malta matçının hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı qazaxıstanlı FIFA referiləri idarə edəcək.
Baş hakim Aleksandr Əliyev olacaq. Baş hakimin köməkçiləri isə Alibek Aubekirov və Sanjar İskakovdu.
Qeyd edək ki, Azərbaycan - Malta oyunu avqustun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
