29 iyul 2013 12:57
Yığmamızın üzvü oynamadı, komandası məğlub oldu
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu Türkiyənin “Eskişehirspor” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası “Kasımpaşa” ilə üz-üzə gəlib.
Görüş Əskişəhər klubunun 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Baş məşqçi Ertoğrul Sağlam əvvəlki iki görüşlə müqayisədə bu dəfə Ufukun oynamasına imkan verməyib.
